
“Santyaqo Bernabeu”nun 20 faizi “Legends”ə məxsus oldu
- 01 Fev 2022 14:46
- 499
“Real” ilə “Legends” şirkəti arasında müqavilə bağlanıb.
Rekord.az xəbər verir ki, “Sixth Street” fonduna məxsus olan bu şirkət idman qurğularının istismarı üzrə ixtisaslaşıb.
Müqavilə 25 illiyə imzalanıb. Bu müddətdə ABŞ şirkəti layihədə özünün marketinq aksiyaları ilə iştirak edə biləcək. “Legends” İspaniya klubuna verilən gəlirlə bağlı vədini yerinə yetirəcəyi halda “Santyaqo Bernabeu”nun gətirəcəyi qazancın 20 faizinə sahib çıxacaq. Şirkətin rəhbərliyi stadionda reallaşdıracağı marketinq əməliyyatları hesabına ilə təxminən 400-440 milyon avroluq gəlirə söz verib. Qeyd edək ki, Madrid klubu pandemiyadan əvvəl doğma məkanından il ərzində təxminən 150 milyon avro gəlir əldə edirdi.
“Real” “Santyaqo Bernabeu”da yenidənqurma işləri aparılması üçün faizləri də nəzərə almaqla təxminən 1 milyard avro borc götürüb. “Kral klubu” bu məbləği maliyyə qurumlarına təxminən 25-30 ilə qaytarmalıdı.