Sançodan “Aston Villa”da rekord
- 14:20
- 40
İngiltərənin "Aston Villa" klubunun hücumçusu Ceydon Sanço "Frayburq"a (Almaniya) qarşı keçirilən UEFA Avropa Liqasının final matçında (3:0) meydana çıxmaqla rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı ingiltərəli hücumçu tarixdə ardıcıl 3 mövsüm 3 müxtəlif klubla fərqli qitəmiqyaslı turnirlərin finalında oynayan ilk futbolçu olub.
O, 2024/2025 mövsümündə UEFA Konfrans Liqasını "Çelsi"nin heyətində qazanıb. Həmin vaxt London təmsilçisi finalda "Betis"ə 4:1 hesabı ilə qalib gəlib.
2023/2024 mövsümündə isə Sanço Dortmund "Borussiya"sı ilə UEFA Çempionlar Liqasının finalında məğlubiyyət acısı yaşayıb. Almaniya klubu həlledici oyunda Madrid "Real"ına 0:2 hesabı ilə uduzub.
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan C.Sanço hər 3 finalda icarə əsasında çıxış edib. Onun Mançester təmsilçisindən azad agent kimi ayrılacağı bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" vaxtilə bu futbolçunun transferi üçün 85 milyon avro ödəyib.