Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" başlığı altında Samux rayon Ziyadlı kəndində Nahid Xəlilovun rəhbərlik etdiyi "Kür" futbol klubunun məktəb yaşlı uşaq və yeniyetmələrindən ibarət nümunəvi çıxışları nümayiş etdirilmişdi.

Rekord.az xəbər verir ki, görüş çərçivəsində klubun problem və ehtiyacları haqqında məlumat alındı, uşaq və yeniyetmələri maraqlandıran suallar cavablandırıldı.