
Samir Əliyev Antalyaya getmək istəməyib
- 18 Yan 2023 15:00
- 446
U-21 millimizin baş məşqçisi Samir Əliyev klublarımızın Antalya toplanışını izləmək üçün Türkiyəyə getmək istəməyib.
Rekord.az xəbər verir ki, Əliyev qonşu ölkəyə köməkçisi Emin İmaməliyevi yollayıb.
İmaməliyev toplanış zamanı klublarımızın heyətində yer alan U-21 oyunçularının hazırlığını izləyib bununla bağlı raport hazırlayacaq və Bakıya dönəndən sonra Samir Əliyevə təqdim edəcək. Samirin hansı səbəbdən Antalyaya getmək istəməməsi məlum deyil.