Xəbər verdiyimiz kimi, bu günlərdə  sportlife.az saytı "Neftçi"nin baş məşqçisi Samir Abasova Cənubi Azərbaycanın "Traktor" klubundan təklif həlməsi haqda məlumat yaymışı.

 

Rekord.az xəbər verir ki, məsələyə Abasov özü də münasibət bildirib.

 

Baş məşqçinin sport24.az-a açıqlamasından belə başa düşülür ki, məlumat heç də əbəs deyil və deyəsən doğurdan da onun "Neftçi"dən ayrılmaq ehtimalı var: "Bu haqda ümumiyyətlə, danışmaq istəmirəm. Çünki fikirləşirəm ki, bu, komandaya pis təsir​ edəcək. Burda nələrsə​ motivasiya​ edib komandanın əhval-ruhiyyəsini qaldırmaq istəyirəmsə, bu çıxan hər bir belə söhbətə, xəbərə reaksiya versəm, doğru olmaz. Yalan da danışa​ bilmərəm. Çünki heç vaxt yalan danışmamışam. Nələrsə danışsam, təsir göstərəcək. Ona görə bu anda sakit durmağı üstün tuturam.​"

 

Gördüyünüz kimi, Abasovun "Yalan da danışa bilmərəm" deməklə "Traktor"la aralarında danışıq olduğunu təsdiqləmiş olur.