
Samir Abasov Hayfadakı darmadağını şərh etdi
- 26 Avq 2021 23:23
- 639
“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) keçirdikləri cavab oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da təsir etdi. Bundan başqa, 3 nərəin oyundan qopmağı bizə belə problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək.
Avrokuboklaradək olan hazırlıq dövrünü özünüz də görürsünüz. Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Özümüzü çempionatda sübut etməyilik.
Belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir. Harramiz Suares, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdi. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq”.