Bu gün Şamaxıda "Şamaxı" Futbol Klubunun yeni mövsüm öncəsi ictimaiyyətə təqdimatı keçirilib.

 

Rekord.az-ın Şamaxıya ezam olunan əməkdaşının məlumatına görə tədbirdə Şamaxının icra başçısı Tahir Məmmədov da iştirak edib.

 

Tədbirə qeyri-rəsmi qatılan icra başçısı jurnalistləri və qonaqları salamlayıb, onları görməkdən mənmunluğunu ifadə edib. Daha sonra isə tədbir iştirakçılarına uğurlar arzulayıb və məkanı tərk edib.