
“Şamaxı”nın büdcəsi nə qədər olacaq?
- 15 Noy 2021 14:00
- 1013
Yeni mövsümdən “Şamaxı” adlanacaq “Keşlə”nin büdcəsi azaldılacaq.
Rekord.az-a bununla bağlı AFFA-ya yaxın mənbədən məlumat daxil olub.
AFFA ümumiyyətlə legionerlərdən imtina edib sırf yerli futbolçulardan heyət formalaşdırmaq variantını da götür-qoy edir. Legioner olsa da 2-3 nəfər. Amma büdcə dəqiq azaldılacaq. Konkret məbləğ haqda hələlik hansısa qərar verilməyib.
Qeyd edək ki, hazırda “Keşlə”nin illik büdcəsi 6 milyon manata yaxındır.