"Şamaxı"nın "ASK Arena"dan çıxarılması ilə bağlı xəbərlər səngiməmiş avtobusla bağlı yeni məlumat gəldi.

Rekord.az xəbər verir ki, arenanın əsl sahibi “Azərbaycan Sənaye Korporasiyası”dır (ASK).

"Şamaxı"nın sələfi "İnter"in külli miqdarda borcu səbəbindən klubun əlindən alınıb və hazırda girovdadır. Komanda Şamaxıya köçməklə avtobusundamn da olub. Gələn məlumata görə, sözügedən korporasiya stadionun ardından avtobusu da girov saxlayıb və kluba özünə başqa avtobus tapmağı tövsiyyə edib. Hazırda bununla bağlı AFFA ilə “Azərbaycan Sənaye Korporasiyası” arasında danışıqlar gedir.