“Şamaxı”dan növbəti transfer
- 21:42
- 27
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Şamaxı" bunadək Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov, Ceyhun Bağırzadə, Okan Təhməzli və Hacıəli Şirəliyevi də heyətinə cəlb edib.