Deyəsən bu gedişlə “Keşlə” martda Şamaxıya gedəsi olmayacaq.

Rekord.az xəbər verir ki, hazırkı durum bunu deməyə əsas verir.

Artıq 10 gündən sonra fevral ayını da başa vururuq. Yəni Elxan Məmmədovun açıqlamasına görə, 10 gündən sonra “Keşlə” Şamaxıya köçüb oyunlara “Şamaxı” adı ilə çıxmalıdır. Lakin kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, hazırda bununla bağlı heç bir hazırlıq görülmür. Həmçinin Şamaxıdan olan bəzi mənbələrlə də əlaqə saxlayıb müəyyən məlumatlar öyrəndik. Məlum oldu ki, sözügedən rayonda da sakitlikdi. Yəni hələ bu günə kimi, “Keşlə”dən hansısa rəhbər, məsul şəxs Şamaxı stadionuna gəlib arena ilə tanış olmayıb.