“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
- 15 May 2026 23:55
- 31
Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Turan Tovuz” matçının hakim təyinatında dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, bu haqda PFL məlumat yayıb.
Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Dördüncü hakim isə Ruslan Quliyev olacaq.
Daha əvvəl görüşün referisi Ruslan Quliyev, dördüncü hakimi Rəvan Həmzəzadə təyin edilmişdi.
Sözügedən oyun sabah keçiriləcək və saat 17:00-da başlayacaq.