
Şamaxı şəhər stadionu üçün FİFA sertifikatı
- 31 Yan 2022 20:30
- 482
Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Xatırladaq ki, hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.