
"Şamaxı" Rauf transferindən vaz keçdi
- 14 Yan 2023 12:00
- 593
Bir ara Rauf Əliyevin "Şamaxı"ya keçəcəyi deyilsə də, sonradan bu məsələ gündəmdən itdi.
Rekord.az xəbər verir ki, Şamaxı təmsilçisi böyük ölçüdə Rauf transferindən vaz keçib.
Təccrübəli hücumçunun hazırda "Şamaxı" ilə Antalyada yox, Bakıda olmasl da bunu deməyə əsas verir. Saytımıza daxil olan məlumata görə, Amil Yunanovun zədəsini sağaldaraq sıraya dönməsi, qısa zamanda yaxşı forma yığması, Antalya toplanışında özünü yaxşı tərəfdən göstərməsi məşqçilər korpusunu Raufu transfer etmək fikrindən daşındırıb.