“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.


Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


Bölgə təmsilçisi Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Paçekonu heyətinə qatıb.


24 yaşlı futbolçu növbəti iki mövsümü bu klubun heyətində keçirəcək.


Xatırladaq ki, "Şamaxı" daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü və Jotanı da transfer etmişdi.