Futbol üzrə Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüfət bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Şalke” bu mövsüm ikinci Bundesliqada keçirdiyi 18 oyunda 30 xal toplayıb. Bu komanda hazırda 18 kollektiv arasında dördüncü pillədə qərarlaşıb.