Mərhum futbolçu Emiliano Salanın ölümü ilə nəticələnən uçuşun təşkilatçısı David Hendersonla bağlı məhkəmə qərar açıqlanıb.

Rekord.az xəbər verir ki, 67 yaşlı iş adamı Salanın ölümünə yox, yaxın aylarda bir təyyarənin təhlükəsizliyini təmin etməməkdə günahlandırılıb.

Biznesmenin 18 ay azadlıqdan məhrum edilməsi qərara alınıb.

Qeyd edək ki, Emiliano Salanın təyyarəsi 2019-cu ildə qəzaya uğramış, argentinalı həlak olmuşdu.