
Salahdan “Liverpul”la yeni müqavilə
- 01 İyl 2022 22:15
- 440
İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahın müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.