
Salah ardıcıl 3-cü dəfə ən yaxşı seçildi
- 25 Noy 2021 16:42
- 561
İngiltərənin “Liverpul” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, bu, misirli hücumçu Məhəmməd Salahdır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Salah ardıcıl 3-cü dəfə bu mükafatı qazanır.
29 yaşlı futbolçu ötən ay iştirak etdiyi 5 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.