
"Şahdağ" dağılır?
- 26 Yan 2022 17:00
- 680
"Region Liqası"nda çıxış edən Qubanın "Şahdağ" komandası böyük ehtimalla qışdan sonra fəaliyyət göstərməyəcək.
Rekord.az xəbər verir ki, bir ara adını dəyişərək "Uğur" qoyan komanda sponsor məsələsini həll edə bilmədi.
Yenidən "Şahdağ" adına dönən komanda maaş verə bilmədiyi üçün aparıcı futbolçular digər komandalardan gələn təklifləri dəyərləndirməli oldu. Artıq baş məşqçi Qəzənfər Abbasov da komandanı tərk edib. Hazırkı vəziyyətdə "Şahdağ"ın çempionata davam edəcəyi inandırıcı görünmür. Qeyd edək ki, Quba təmsilçisi hazırda Şimal zonası üzrə öz qruöunda maksimum nəticə ilə liderdi.