Qubanın "Şahdağ" komandası , "Uğur" Futbol Klubu ilə əməkdaşlıq çərçivəsində, "Uğur" FK rəhbərliyinin təklifinin dəyərləndirilməsinə qərar verib. 

 

Rekord.az xəbər verir ki, qərara əsasən, hər iki klub rəhbərliyi arasında gedən müzakirələrdən sonra klubun inkişafı yolunda bəzi qərarlar qəbul olunub.

Bu gündən etibarən əməkdaşlıq çərçivəsində 2021/22-ci illər mövsümündə "Region Liqası"nda Sumqayıtın "Uğur" Futbol Klubu "Şahdağ Quba" Futbol Klubunun varisi elan olundu və "Şahdağ Quba" FK-nın adı "Uğur" FK olaraq dəyişdirildi.

Əlavə olaraq da qeyd edək ki, Qubada 5 yaş qrupundan ibarət uşaq komandaları, gənclərdən ibarət bir komanda fəaliyyətə başlayacaq.