
Sabiq "Xəzər Lənkəran"lı 43 yaşında yeni kluba keçdi
- 29 Yan 2022 17:00
- 937
Veteran futbolçu Ruslan Poladov futbolçu karyerasını bitirmək fikrində deyil.
Rekord.az xəbər verir ki, vaxtı ilə "Gənclərbirliyi", "İnter", "Xəzər Lənkəran", "İnter", "Standard", "Simurq", "Sumqayıt", "Zirə" kimi komandaların və eyni zamanda Azərbaycan millisinin şərəfini qoruyan Poladov mövsümə "Region Liqası"nda çıxış edən Quba "Şahdağ"ında başlamışdı.
Lakin bu komanda dağılmaq təhlükəsi ilə üz-üzə qalınca, Ruslan "Region Liqası"nda çıxış edən başqa bir komandaya, "Ağsu City"ə keçib.