"Bavariya"nın futbolçusu Robert Levandovskinin keçmiş agenti Çezari Kuçarski polşalı oyunçu haqda danışıb.

Rekord.az "La Ser"ə istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun "Barselona"ya transfer olunmaq istədiyini deyib: 

"Barselona" və Levandovski transfer üçün çalışır. Fikrimcə, bu transfer reallaşacaq. Levandovski Benzemadan daha yaxşı olduğunu göstərmək istəyir. O, əvvəlcə İspaniyada, sonra isə ABŞ-da oynayacaq".