“Sabah”ın baş məşqçisi Murad Musayevin Azərbaycanda bəyəndiyi ilk legionerin kimliyi bilinib.

Rekord.az xəbər verir ki, bu, “Neftçi”dən Sabir Buqrindir.

Rusiyalı mütəxəssis ötən mövsümdən etibarən ağ-qara formanı geyinən mərakeşlini öz sərəncamında görmək istəyir. O, 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin yayda bitəcəyini və hazırkı klubunda qalmaq istəmədiyini öyrənib.

Gələn sezon daha iddialı komanda formalaşdırmağı qarşısına məqsəd qoyan çalışdırıcı Buqrinlə şəxsən görüşmən niyyətindədir.

Çünki bir sıra yerli və xarici klubların Belçika vətəndaşlığı olan orta sahə oyunçusuna ciddi maraq göstərməsi ona məlumdur. (sportinfo.az)