“Sabah”ın rəqibinin futbolçusu sıraya döndü
- 19:00
- 33
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubunun vitse-kapitanı Niko Şlotterbek zədəsini sağaldaraq topla fərdi məşqlərə başlayıb.
Rekord.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı müdafiəçi DÇ-2026-da topuq oynağından zədələnmişdi.
Təcrübəli futbolçu aldığı xəsarət səbəbindən komandanın yeni mövsüm öncəsi yay hazırlıq prosesini buraxmalı olub.
"Sabah" - "Borussiya" matçı oktyabrın 20-də Bakıda keçiriləcək.