“Sabah”ın rəqibi Obini Niderland klubuna icarəyə verdi
- 15:30
- 30
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Çido Obi Niderlandın "Villem II" komandasına icarəyə verilib.
Rekord.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı danimarkalı forvard yeni klubunda bir mövsüm çıxış edəcək.
Gənc hücumçu təcrübəsini artırmaq məqsədilə Niderland Erediviziyası təmsilçisinə yollanıb. O, ötən mövsüm "Mançester Yunayted"in U-21 komandasında 31 matçda 15 qola imza atıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı sentyabrın 10-da İngiltərədə keçiriləcək.