
“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun
- 08 Noy 2021 15:15
- 416
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutmuş “Zirə” ilə matç (3:3) “Sabah”ın futbolçular Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, bu oyunda iki qol vuran Mikels “Sabah”ın heyətində ilk dubluna imza atıb. Matçın 47-ci saniyəsində fərqlənən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.
Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub. Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.