"Sabah" Antalyada da baxışdan keçirdiyi braziliyalı legioner Hiqor Qabrieli transfer etmək istəyir.

 

Rekord.az xəbər verir ki, klubun idman direktoru İqor Ponomaryov sport24.az-a açıqlamasında 23 yaşlı mərkəz müdafiəçisinin gələcək taleyi ilə bağlı danışıqların getdiyini söyləyib.

Sadəcə, İqor Anatolyeviçlə söhbətimizdə diqqətçəkən məqam üzə çıxdı: "Bildiyiniz kimi, bu futbolçu keçən ilin sentyabrında Bakıya gələrək, düşərgəmizdə yer almışdı və baxışda idi. Hiqor yenidən sıralarımıza qoşuldu və onu artıq yeni baş məşqçimiz Murad Musayev iş başında gördü. Məqşə də çıxdı, yoxlama matçına da. Prinsipcə, pis təsir bağışlamadı Qabriel. Sadəcə, onun ailəsində faciə baş verib. Belə ki, kiçik qardaşını qətlə yetiriblər. Buna görə Braziliyaya qayıtmalı oldu. İndi Hiqorla danışıqlar aparırıq".

"Fluminense" yetirməsi olan bu müdafiəçi Antalyada Ukraynanın "Zarya" klubuyla 1:1 hesabıyla nəticələnən yoxlama matçında iştirak edib 

Xatırladaq ki, "Sabah" Türkiyə toplanışının sonuna yaxından baxışdan keçirdiyi digər əcnəbi müdafiəçi - rusiyalı cinah müdafiəçisi Nikolay Boçkoyla müqavilə imzalamağı lazım bilməyib