
"Sabah"ın büdcəsi artırılacaq ÖZƏL!
- 16 Fev 2022 15:00
- 803
"Sabah" növbəti mövsüm üçün daha iddialı komanda formalaşdırmağı düşünür.
Bununla bağlı Rekord.az-a maraqlı məlumat daxil olub.
Məlumata görə, baş məşqçi Murad Musayevlə klub rəhbərliyi arasında bununla bağlı söhbət olub. Rəhbərlik rusiyalı məşqçiyə istıdiyi komandanı qurmaq üçün bütün lazımı dəstəyin göstəriləcəyini bildirib. Hətta söz verilib ki, daha güclü transferlər üçün növbəti mövsüm klubun büdcəsi daha da artırılacaq. Bir sözlə, çempionluq üçün oynamağa qadir olan komanda formalaşacaq.
Qeyd edək ki, Murad Musayev qış transfer dönəmində Rusiyadan tanıdığı bir neçə futbolçunu "Sabah"a gətirmək istəsə də, transfer qiymətləri çox yüksək olduğundan bu keçid alınmamışdı.