“Sabah”ın 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli oldu
- 22:30
- 15
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu "Sabah" Uelsin TNS komandası ilə qarşılaşır.
"Bayquşlar" 2-ci təsnifat mərhələsinə yüksələrsə, onların qarşılaşacağı komanda artıq bəllidir.
Finlandiyanın KuPS komandası "Vardar”a 2:3 hesabla məğlub olsa da, iki oyunun cəmində 4:3 hesabla qalib gəlib və nəticədə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Beləliklə, "Sabah" növbəti mərhələyə yüksələrsə, rəqibi məhz KuPS olacaq.