
“Sabah”dan “Zarya” ilə heç-heçə
- 20 Yan 2022 20:00
- 506
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Murad Musayevun çalışdırdığı kollektiv Antalyadakı ikinci sınağında Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib.
Xatırladaq ki, “Sabah” Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə də heç-heçə etmişdi – 1:1. Premyer Liqa təmsilçisi son sınaq matçında yanvarın 25-də “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq.
Yoxlama oyunu
20 yanvar
Sabah – Zarya 1:1