"Sabah"ın baş məşqçisi Murad Musayev Macarıstan çempionu "Ferentsvaroş"unun sükanı arxasına keçməyə yaxın olub.

Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 38 yaşlı mütəxəssis Sergey Rebrovun istefasından sonra klub prezidenti Qabor Kubatovla danışıq aparmaq üçün paytaxt Budapeştə uçub.

Lakin tərəflər müqavilə şərtlərində razılığa gələ bilmədiyindən təyinat baş tutmayıb.

Murad Musayev bu ilin oktyabrından "Sabah"a başçılıq edir.