
“Sabah”dan Antalyada ardıcıl 3-cü heç-heçə
- 25 Yan 2022 19:40
- 643
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama matçına çıxıb.
Rekord.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı kollektiv Antalyadakı son sınağında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.
Oyunda hesabı Azərbaycan təmsilçisi açıb. Coy-Lens Mikels komandasını hesabda önə keçirib. Lakin serbiyalılar sonda məğlubiyyətdən xilas ola biliblər. Beləcə, “Sabah” üçüncü sınağından da 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, “Sabah” Türkiyədəki əvvəlki iki sınaq matçında Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” komandaları ilə də 1:1 hesablı heç-heçə etmişdi.
Yoxlama oyunu
25 yanvar
Sabah – Mladost 1:1