Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirib.

Rekord.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşıb.

Buxarest komandasına qarşı matç “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşıb. Üç qolluq matçda Azərbaycan klubu qələbə qazanıb. “Sabah”ın heyətində Jesse Sekidika ilə Anatoli Nuriyev fərqləniblər.

Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.