
“Sabah” Stamenkoviçlə vidalaşdı
- 16 Dek 2021 14:14
- 582
Uzun müddətdir “Sabah”n uğurları üçün çalışan qapıçı Saşa Stamenkoviç “Səbail”lə oyundan sonra paytaxt klubu ilə yollarını ayıracaq.
Rekord.az xəbər verir ki, serbiyalı qapıçının klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.
Saşa Stamenkoviç 2018-ci ildən bu komandanın uğurları üçün çalışır. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.
Klub Saşaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında və həyatda uğurlar arzulayıb.