"Sabah" Respublika stadionuna köçə bilər - ÖZƏL!
- 14:00
- 70
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Sabah" rəqiblərini Masazırdakı "Bank Respublika Arena"da qəbul edir.
Rekord.az-a daxil olan məlumata görə, Masazır təmsilçisi avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmnağı bacarsa, stadionunu dəyişəcək.
Klub qrup oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyir. Çünki "Bank Respublika Arena" qrup oyunlarının tələblərinə cavab vermir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov da məlumatı təkzib etmədi: "3-cü mərhələ də daxil olmaqla "Bank Respublika Arena" uyğundur. Ondan sonrakı mərhələ üçün Tofiq Bəhramov adına stadionun xidmətindən istifadə edilə bilər",