"Sabah" "Neftçi"ni udub çempion oldu FOTOLAR
- 17 İyn 2022 14:15
- 3003
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10 Liqasına yekun vurulub.
Rekord.az xəbər verir ki, həlledici görüşdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən "Sabah" mövsümü çempion kimi başa vurub.
Matçda komandanın qollarına Yusif Ağayev (2) və Süleyman Qafarzadə imza atıblar.
Üçüncü yer uğrunda oyunda “Mübariz” və “Vətən” qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən “Mübariz” bürünc medalları qazanıb.
Final qarşılaşmasından sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə AFFA U-9 və AFFA U-10 Liqalarının “fair-play” mükafatları təqdim olunub.
Pərviz İsmayılov (“Neftçi”) U-9, Yusif Zeynalzadə (“Neftçi”) U-10 “fair-play” mükafatına layiq görülüblər.
Ardınca liqada ilk üç yeri tutan komandalara - “Mübariz” və “Neftçi”yə medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok təqdim olunub.
Mükafatları AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)