
"Sabah" "Neftçi" önünə ciddi itki ilə çıxacaq
- 23 Yan 2023 10:00
- 624
Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"ni qəbul edəcək "Sabah" oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Ceyhun Nuriyev qarşılaşmada forma geyinə bilməyəcək.
Buna səbəb onun kart cəzalısı olmasıdır.
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı yanvarın 26-da, saat 19:00-da Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da keçiriləcək.