
“Sabah” macarlar üzərində qələbəni əldən verdi
- 15 Yan 2022 19:20
- 535
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” da bu gün ilk yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyadakı hazırlıq prosesi çərçivəsində Macarıstanın “Pakş” komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
“Sabah” daha iki yoxlama oyunu keçirəcək. Yanvarın 25-də Serbiyanın “Mladost” (Luçani) klubu ilə qarşılaşacaq Azərbaycan təmsilçisinin digər rəqibi hələ bəlli deyil.
Yoxlama matçı
15 yamvar
Sabah – Pakş 1:1
Qol: Xulio Rodriqes, 29.