
“Sabah” Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq
- 28 Dek 2021 19:40
- 637
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
Rekord.az xəbər verir ki, paytaxt klubu yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq.
Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Qeyd edək ki, “Sabah”ın Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.