
"Sabah" - "Keşlə" oyunu təxirə salınacaq?
- 26 Noy 2021 11:00
- 682
“Sabah”ın beş məşqçisi və bir futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, məşqçilər Vitali Kovalyov, Ruslan Qafitullin, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və gürcü futbolçu Mixeil Erqemlidzenin testinin nəticəsi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.
Bəs bu məqam komandanın premyer-liqa oyununa təsir edəcək? Klub “Keşlə” ilə noyabrın 27-də baş tutacaq matçın təxirə salınması üçün PFL-ə müraciət etməyi düşünür? “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun cavabı belə oldu:
“Bəli, ötən və bu həftə komandamızın bir neçə üzvündən götürülən COVİD-19 testinin nəticəsi pozitiv çıxdı. Daha dəqiqi, məşqçilər korpusunun 5 üzvü və 1 futbolçumuzda koronavirus aşkarlandı. Nəticə açıqlanandan dərhal sonra onlar ev şəraitində karantinə alınıblar. Komanda təkrar test verib və hazırda məşqlərdə iştirak edən heyət üzvlərinin heç birində problem yoxdu. Bu səbəbdən “Keşlə” ilə oyunumuzun təxirə salınması ilə bağlı PFL-ə müraciət olunmayıb”. ("Futbol plus)