
“Sabah” ilk yoxlama oyununda qələbə qazandı
- 09 İyl 2023 21:39
- 347
Yeni mövsümə hazırlığını Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşıb.
Görüş “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov, Con İrrasabal və Emmanuel Apeh vurub.