"Sabah"ın əvəzedici komandası 2022/2023 mövsümündə birinci divizionda iştirak etməyəcək.

Bu barədə Rekord.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, əvəzedici komandanın bir neçə üzvü icarəyə verildiyi üçün heyətdə çatışmazlıqlar yaranıb. Bu səbəbdən sözügedən qərar verilib. Klub rəsmisi divizionda imtina ilə bağlı qərarın 2022/2023 mövsümü üçün nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, "Sabah-2" ötən mövsüm 1-ci divizionu 39 xalla 4-cü pillədə tamamlayıb.