“Sabah” daha bir futbolçusunu “Turan Tovuz”a icarəyə verdi
- 2022-06-29 14:30
- 326
“Turan Tovuz” “Sabah” klubunun daha bir futbolçusunu icarəyə götürüb.
Rekord.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şakir Seyidov da 2022/23 mövsümünü Tovuz klubunda keçirəcək.
Daha əvvəl, “Sabah”dan Veysəl Rzayev də bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalamışdı. Lakin Tovuz klubu hələlik Seyidovun keçidini rəsmən açıqlamayıb.