
"Sabah" avrokubok oyunlarını Masazırda keçirəcək
- 01 May 2023 11:00
- 828
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" böyük ölçüdə, ev oyunlarını Masazırdakı "Bank Republika Arena"da keçirəcək.
Rekord.az-a daxil olan məlumata görə, bununla bağlı AFFA ilə də məsləhətləşmələr aparılıb, müəyyən tövsiyyələr dinlənilib.
Hazırda 12 min nəfərlik arenada ciddi işlər gedir. İşıqlandırma sistemindən tutmuş, teleyayım üçün nəzərdə tutulan bütün məsələlər beynəlxalq standardlarfa uyğun qurulur. Soyunub-geyinmə, hakimlər və dopiqn otaqlarına da əl gəzdiriləcək. O cümlədən media sektor və VİP loja da demək olar ki, yenidən qurulacaq.Təbii ki, istənilən halda, yekun qərarl UEFA verəcək.