İyunun 27-də BOS-da təlim-məşq toplanışına başlayan "Sabah” iyulun 15-nə kimi hazırlığın 1-ci mərhələsini Bakıda keçirəcək.

Rekord.az xəbər verir ki, "Bayquşlar" iyulun 17-31-i aralığında isə Bolqarıstanın Bansko şəhərində “lövbər salacaq”. Komandanın Bakıda 2, Bolqarıstanda 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Növbəti mövsümdən çempionluğu hədəfləyən klubun "ASK Arena"ya köçməsi də gündəmdədi. Adı çəkilən arenanın "Sabah"ın bazasına çevriləcəyi ilə bağlı məsələyə "bayquşlar”ın idman direktoru və Müşahidə Şürasının üzvü İqor Ponomaryov aydınlıq gətirdi:
 

"ASK Arena" hələ tam şəkildə sərəncamımıza keçməyib. Bu yöndə işlər davam etdirilir". ("Futbol plus")