
“Sabah” Antalyaya gedəcək
- 22 Dek 2021 19:00
- 535
“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi məşqlərə yanvarın 6-da, Bakıda başlayacaq.
“Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək. Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
“Sabah”ın rəqibləri hələ bəlli deyil.