İki gün əvvəl AFFA-nın inzibati binasında 2021/22 mövsümündə fərqlənən hakimə "Tofiq Bəhramov mükafatı" təqdim olunub.

Rekord.az xəbər verir ki, sorğuda PFL prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsi, Futbol Hakimləri Birliyi iştirak edib.

Yekunda referilərdən Elçin Məsiyev, laysmanlardan isə Namik Hüseynov "Tofiq Bəhramov mükafatı"na layiq görülüb. "Football-plus.az" saytı olaraq gizli saxlanılan mövzu ilə bağlı klubların mövqeyini öyrəndik. "Sabah"ın mətbuat katibi Elnur Həmidovun cavabı belə oldu:
 

"Qeyd etdiyiniz məsələ ilə bağlı səsvermədə iştirak etmədik. Bunun xüsusi səbəbi yoxdu. Sadəcə, bütün hakimlərin neytrallığı qorumalı olduğunu düşünürük. Məhz bu səbəbdən hansısa hakimə səs verməyi düzgün hesab etmədik". ("Futbol plus")