“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə Abşeronda futbolçu seçimlərinə başlayır.

Rekord.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 14-15 may tarixlərində, Xırdalan şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.

Seçimlər saat 13:00-da, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Akademiyanın seçimlərinə qoşul, sabahın ulduzu ol!

Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz.