Rusiyanın "Saturn" klubunda yeni baş məşqçi təyinatı olub.

Rekord.az xəbər verir ki, Ramensk klubu 57 yaşlı mütəxəssis Oleq Kononovla müqavilə bağlayıb.

Kononovun son klubu Tula "Arsenal"ı olub. Belaruslu məşqçi daha əvvəl "Krasnodar" və "Axmet" klublarını da çalışdırıb.